Previous Next
Bağla

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

21-06-2025 14:02
"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq. 

Qeyd edək ki, "Bakcell" rebrendinqdən sonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsi ilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süni intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya, müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdim edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlər arasında “Bakcell Fiber”, “VoWiFi”, “Tarif məsləhətçisi”, “Star tarifləri”, “Birinci tariff” və UBER ilə tərəfdaşlıq yer alır.   

Xatırladaq ki, strateji yanaşması ilə vizual təqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə “Bakcell”, “Baku Flames Festivalı” çərçivəsində “Ən uğurlu rebrendinq layihəsi” nominasiyası üzrə mükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə, brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsir edib.  

“Bakcell”in bu nəşrdə yer alması, Azərbaycanın telekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətində nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək. 

Filip Kotler haqqında

Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb. Ən məşhur əsərlərindən biri olan “Marketing Management” kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12-03-2025

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

05-05-2025

“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görüldü

14-11-2024

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06-05-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

“AzInTelecom”un təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

24-10-2025

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02-03-2026

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

30-09-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09-12-2025

“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verib

04-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə